Lənkəranın inkişafında uzun illərin təcrübəsi – Taleh Qaraşovun doğum günü qeyd olunur

    Kateqoriya: Gündəm Tarix: 20-05-2026, 12:48 Baxılıb: 7

     

    Bu gün Taleh Qaraşov üçün əlamətdar gündür. Uzun illər dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərən, müxtəlif bölgələrdə rəhbər vəzifələrdə çalışaraq topladığı təcrübəni bu gün də xalqa xidmət istiqamətində davam etdirən Taleh Qaraşov doğum gününü qeyd edir.

    Azərbaycanda rayon idarəçiliyi sahəsində uzunmüddətli fəaliyyəti ilə seçilən Taleh Qaraşov illər ərzində müxtəlif bölgələrdə çalışaraq dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və insanların rifah halının yüksəldilməsi istiqamətində fəaliyyət göstərən rəhbərlərdən biri kimi tanınıb.

    Onun idarəçilik fəaliyyəti xüsusilə bölgələrin inkişafına yönəlmiş layihələr, abadlıq-quruculuq işləri, kənd və qəsəbələrdə infrastrukturun yenilənməsi, sosial layihələrin icrası ilə yadda qalıb. Bu gün rəhbərlik etdiyi Lənkəran son illərdə turizm potensialı, yenilənən şəhər infrastrukturu və sosial layihələri ilə diqqət çəkən bölgələrdən birinə çevrilib.

    Müşahidəçilərin fikrincə, Taleh Qaraşovun əsas üstünlüklərindən biri uzun illərin idarəçilik təcrübəsini bölgələrin real problemlərinin həllinə yönəltməsidir. Müxtəlif kənd və yaşayış məntəqələrində keçirilən görüşlər, vətəndaş müraciətlərinə operativ münasibət, şəhid ailələri və qazilərlə davamlı təmas onun fəaliyyətində xüsusi yer tutur.

    Regionların sosial inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində yolların yenilənməsi, kommunal problemlərin mərhələli həlli, yaşıllaşdırma tədbirləri və yeni sosial obyektlərin istifadəyə verilməsi də sakinlər tərəfindən müsbət qiymətləndirilən məqamlardandır.

    Uzun illərdir dövlət qulluğunda çalışan Taleh Qaraşov həm də təcrübəli idarəçi kimi tanınır. Onun müxtəlif rayonlarda qazandığı idarəçilik təcrübəsi bu gün Lənkəranda həyata keçirilən layihələrdə də özünü göstərməkdədir.

    Xeberal.com kollektivi olaraq Taleh Qaraşov doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, fəaliyyətində yeni uğurlar və dövlətçilik yolunda davamlı nailiyyətlər arzulayırıq.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.