“WUF13 gələcəyin şəhərləri üçün katalizator rolunu oynayır” - Niderlandlı səfir

    Kateqoriya: Gündəm Tarix: 21-05-2026, 13:48 Baxılıb: 2

     

    "Urbanizasiya, şəhərlər və su bir-biri ilə sıx bağlıdır. Dünyada şəhərlər quraqlıq, çirklənmə və daşqın kimi problemlərlə üzləşir. Bizə sağlamlıq, sanitariya, mənzil və ətraf mühit üçün su lazımdır. Şəhərlər və su ilə bağlı gündəliyin BMT Konfransına çıxarılması çox mühüm məsələlərdən biridir. Buna görə də bütün müzakirələri səbirsizliklə gözləyirəm".

    Bu fikirləri Xeberal.com-a açıqlamasında Qlobal Su İqtisadiyyatı Komissiyasının icraçı direktoru Henk Ovink deyib. O bildirib ki, şəhərlərlə bağlı su məsələsi gündəliyin əsas mövzulardan biri olmalıdır:

    "Mən bu səhər Bakıya Madriddə keçirilən su sammitindən gəlmişəm. Bakıda şəhər problemlərində su məsələlərini təmsil edirəm. Burada BMT-Habitatın icraçı direktoru da daxil olmaqla yüksək səviyyəli panel müzakirəsinə qatılacağam. Əslən Niderlanddanam və oradau su üzrə səfir olmuşam. Biz Tacikistanla birlikdə 2023-cü ildə keçirilən BMT Su Konfransına rəhbərlik etmişik. Bu forum əsasən mənzil məsələlərinə fokuslanır və dünya hazırda ciddi mənzil böhranı yaşayır. Bu baxımdan forum çox böyük əhəmiyyət daşıyır".

    Nümayəndə qeyd edib ki, 2026-cı ildə Bakıda keçirilən bu forum daha uzunmüddətli bir yanaşmanın başlanğıcıdır:

    "WUF13-ün şəhərlərin qlobal inkişaf gündəliyində necə rol oynadığı daha aydın görünür. Bu forum həm də gələn il keçiriləcək SDG sammitindən əvvəl baş tutur və post-2030 gündəliyinə hazırlıq baxımından mühüm mərhələdir. Urbanizasiya gündəliyini daha geniş inkişaf kontekstinə necə yerləşdirəcəyimizi müəyyən etmək çox vacibdir.

    Hazırda çoxtərəfli əməkdaşlıq çətinliklərlə üzləşir, geosiyasi vəziyyət mürəkkəbdir. Amma belə bir dövrdə insanların və planetimizin gələcəyi naminə ortaq gündəm ətrafında birləşməyimiz çox önəmlidir.

    Resursların getdikcə azaldığı bir dövrdə insanların necə yaşaya biləcəyinə dair yollar axtarılır və məncə bu forum məhz doğru zamanda keçirilir. Bu həm mühüm bir an, həm də bizi gələcəyə hazırlaya biləcək gündəmin katalizatorudur", - deyə Henk Ovlink deyib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.