"2028-ci ildə Bakıda tramvay yolları istifadəyə verilə bilər" - AYNA rəsmisi

    Kateqoriya: Gündəm Tarix: 21-05-2026, 13:54 Baxılıb: 2

     

    "Nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülüb. Ümumi uzunluğu 400 kilometr olan yol infrastrukturu qurulub. İctimai nəqliyyatın səmərəliliyini artırmaq üçün avtobus parkı 30 faiz genişləndirilib və bir il ərzində 2300 avtobus istifadəyə verilib.Bu genişlənmə nəticəsində hazırda ictimai nəqliyyat sistemi təxminən 500 milyon sərnişinə xidmət göstərir".

    Xeberal.com xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.

    "Metro və şəhərətrafı dəmir yolu şəbəkəsi də intensiv şəkildə inkişaf etdirilir. Sərnişin dəmir yolu xətləri yaşayış ərazilərinə inteqrasiya olunur, mövcud xətlər modernləşdirilir və yeni marşrutlar planlaşdırılır.

    Bununla yanaşı, metro şəbəkəsinin optimallaşdırılması istiqamətində işlər aparılır. Yaşıl və qırmızı xətlərin şəhərin mərkəzində, əsas dəmir yolu vağzalı ilə əlaqələndirilməsi planlaşdırılır. Bu yenilənmə şəhərin ən böyük və strateji əhəmiyyətli nəqliyyat sistemləri arasında əlaqəni gücləndirəcək".

    AYNA rəsmisi bildirib ki, tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir, 2028-ci ilə qədər bunu istifadəsinə çalışırlar:

    "Biz artıq 40 milyondan çox aktiv istifadəçiyə çatmışıq. Sistem üzərində 35 mindən çox xidmət və 400 mindən artıq istifadəçi fəaliyyət göstərir. Bu artım bizi daha da ruhlandırır və gələcəyə ümid verir".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.