Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Xeberal.com xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilsin.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.
Son məlumata görə, 32 nəfər sağdır.
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
20-12-2025, 14:52
17-12-2024, 10:42
24-12-2024, 10:55
3-02-2025, 09:02
15-12-2024, 12:11
14-05-2025, 12:10
31-07-2025, 11:43
22-02-2026, 14:53
25-12-2024, 16:20
5-01-2025, 10:47
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov