Azərbaycanda yeni komitə yaradılır

    Kateqoriya: Gündəm Tarix: 17-12-2024, 10:06 Baxılıb: 4

     

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    Xeberal.com xəbər verir ki, sənədə əsasən, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılır.

    Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırır:

    Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi;

    apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;

    birinci instansiya məhkəmələrinin üç hakimi.

    Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz.

    Hakimlərin Qiymətləndirilməsi Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.

    Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün bu Qanunda nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.

    Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.

    Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsinə namizədlərin sənədlərini toplayır, bu şəxslər üçün şəffaf surətdə test imtahanı, yazılı imtahan və müsahibə təşkil edir.

    Hakimlərin Seçki Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.