Bu icra başçıları Əmrullayevin işçisi olub - FOTO

    Kateqoriya: Gündəm Tarix: 5-12-2025, 09:09 Baxılıb: 6

     

    İcra başçıları təkcə xarakterlərinə, şəxsi keyfiyyətlərinə deyil, həm də karyera yüksəlişinə görə bir-birilərindən fərqlənirlər. Amma iki icra başçısı var ki, onları eyni iş yeri, vaxtilə mənsub olduqları sektor birləşdirir. Söhbət Qubanın icra başçısı İlqar Mahmudov və onun Daşkəsəndəki həmkarı Orxan Abbasovdan gedir.

    Xeberal.com xəbər verir ki, İlqar Mahmudov 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakultəsini fərqlənmə diplomu ilə bitirib.

    Fotoda: Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov

     





    O, əmək fəaliyyətinə 1997-ci ildə Təhsil Nazirliyində başlayıb. 1997-2003-cü illərdə nazir köməkçisi, 2003-2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru, 2016-2018-ci illərdə Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi, 2018-2019-cü illərdə nazirliyin ümumi təhsil şöbəsinin müdir müavini, 2019-cu ildən 2023-ci ilin sentyabr ayınadək daxili nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

    İlqar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Mahmudov nazirlikdə Emin Əmrullayevin ən yaxın adamı kimi tanınıb.

    Daşkəsən rayon icra hakimiyyətinin başçısı Orxan Abbasovun da karyerası təhsil sektoru ilə bağlıdır. O, 1987-ci ildə Gəncə şəhərində anadan olub. Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və və audit fakültəsinin məzunudur.

    Fotoda: Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov

     





    Orxan Abbasov 2014-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat komitəsində təlimlər üzrə mütəxəssis vəzifəsində işləyib. 2015-2023-cü illərdə Təhsil Nazirliyində müxtəlif postlar tutub. 2023-2024-cü illərdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

    Orxan Ababsov Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Mahmudov və Abbasovla bağlı təyinatın reallaşmasında Elm və təhsil naziri Emin Əmrullayevin xüsusi rol oynadığı bildirilir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.