Prezident İlham Əliyevin uğurlu siyasəti: Güclü Azərbaycan, parlaq gələcək

    Kateqoriya: Gündəm Tarix: 5-12-2025, 10:28 Baxılıb: 11

    Müasir Azərbaycanın inkişaf yolu Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Onun rəhbərliyi altında ölkəmiz iqtisadi, siyasi və hərbi sahələrdə misilsiz uğurlar qazanaraq regionun və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.

    Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, ölkəmizin güclü iradəsinin, müasir ordu quruculuğunun və milli birliyimizin təntənəsi oldu. Bu Qələbə, Prezident İlham Əliyevin illərlə apardığı məqsədyönlü siyasətin, diplomatik çevikliyinin və xalqın ona olan inamının bariz göstəricisidir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası təkcə bizim üçün deyil, bütün region üçün yeni inkişaf mərhələsinin başlanğıcı oldu.

    Bu gün işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq işləri aparılır, şəhərlərimiz yenidən dirçəlir və vətəndaşlarımız doğma yurdlarına qayıdır. Bu proseslər Prezident İlham Əliyevin "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilir və ölkəmizin daha da güclənməsinə xidmət edir.

    Eyni zamanda, Azərbaycan dünya enerji bazarında mühüm oyunçuya çevrilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində enerji layihələri, xüsusilə də Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşıb. Bu, təkcə iqtisadi baxımdan deyil, həm də siyasi arenada ölkəmizin strateji əhəmiyyətini artırıb.

    Azərbaycanın beynəlxalq nüfuzu da günü-gündən güclənir. Prezident İlham Əliyev qlobal miqyasda ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini möhkəmləndirir. Məhz onun prinsipial mövqeyi və liderlik qabiliyyəti sayəsində Azərbaycan bu gün dünya siyasi xəritəsində öz sözünü deyən ölkələrdən biridir.

    Bu uğurların hər biri Prezident İlham Əliyevin müasir idarəetmə strategiyasının, xalqına bağlılığının və dövlətini gücləndirmək əzminin nəticəsidir. Güclü liderlik, vətənə sevgi və xalqın dəstəyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcək!

    Elsevər Hüseynov

    Füzuli şəhər S.Şuşinski adına 1 nömrəli uşaq incəsənət məktəbinin direktoru 

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.