Rafael Ağayev federasiya ilə yaşadığı qalmaqaldan danışdı

    Kateqoriya: Gündəm Tarix: 6-12-2025, 13:03 Baxılıb: 6

     

    Azərbaycanın məşhur karateçisi, beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası (AKF) ilə aralarında yaranmış narazılıq barədə danışıb.

    Xeberal.com Azerisport.com-a istinadən xəbər verir ki, Avropa çempionu çətin anlarda Federasiya tərəfindən lazımi dəstəyin verilməməsindən şikayətlənib:

    "Maaşları kəsirdilər, deyirdilər Rafael çıxır danışır. Demirdilər düz danışır. Danışmalıyam da. Dünya, Avropa çempionatı olanda, deyəndə ki, dizim ağrıyır, deyirdilər sən dağlısan, azərbaycanlısan, sən döyüşməlisən. Çıxırdım bir ayaqla döyüşürdüm. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı".

    Rafael Ağayevin sözlərinə görə zədə ilə bağlı pul tələb edərkən ona qarşı laqeyd münasibət sərgilənib: "Dedim ki, ayağıma dərman lazımdır, iynə üçün pul lazımdır. Federasiyadan dedilər ki, Rafael, artıq bezdirmisən də. Dünyanın bir nömrəli idmançısına deyirlər ki, bezdirmisən, nə qədər iynə vurmaq olar? Mən robotam? Sözlə demək lazım deyil, Rafael biz sənin yanındayıq. Mən bu gün baxanda, o insanları yanımda görmürəm".

    Ağayev tələblərinin şəxsi rifahdan daha çox, karyerasını davam etdirmək üçün zəruri olan tibbi ehtiyaclar olduğunu vurğulayıb: "Mən nə istəyirəm? Deyirəm mənə maşın alın? Ev pulu verin? Yox. Ayağım zədələnib. Bu iynəni vurun ki, hambal kimi işləyim də. Avropa Oyunlarından 150 min pul qazananda, İslam Oyunlarından 150 min pul qazananda, Olimpiya Oyunlarından 300 min pul qazananda deyirdilər ki, ortalığa pul qoyaq, hamıya verəcəyik. Bəs mən yarışa hazırlaşanda onlar harda idilər?"

    Rafael Ağayev özünün hazırkı peşəkarlıq səviyyəsini qeyd edərək, məşqçilik sahəsindəki qısamüddətli, lakin uğurlu fəaliyyətindən danışıb.

    "Heç kim məndən inciməsin. Mən demirəm ki, bu gün karateyə gəlsəm, bir ilə dünya çempionu olaram. Yox, mən də çalışmalıyam, mən də işləməliyəm. Mən demirəm ki, məndən başqa məşqçi yoxdur, düzdür, dünyanın bir nömrəli idmançısıyam. Məşqçi fəaliyyətim çox az olub. 11 ay baş məşqçi olmuşam və 11 ay ərzində bir dünya, iki Avropa çempionu və bir Avropa üçüncüsü - 11 aya bu qədər nəticə vermişəmsə, bu nə isə bildirir", - deyə o vurğulayıb.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.