28 saylı Birləşmiş Şəhər Xəstəxanasında korrupsiya iddiaları

    Kateqoriya: Gündəm Tarix: 8-12-2025, 13:38 Baxılıb: 11

    Baş həkim Çingiz Abdullayevin qanunsuz əməlləri ört-basdır edilir?

    Son illər Azərbaycanda səhiyyə sahəsində ciddi islahatlar həyata keçirilir.Dövlət başçısı İlham Əliyevin göstərişləri ilə səhiyyədə şəffaflıq,xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması əsas hədəf kimi müəyyən olunub.Amma təsüf ki,bəzi tibb müəssələrində bu siysətə zidd hallar baş verir.

    28 saylı Birləşmiş Şəhər xəstəxanası ilə bağlı yayılan məlumatlar isə cəmiyyətin narazılığına səbəb olub.Valideyinlərin və xəstələrin şikayətinə əsasən,bu tibb müəssisəsində ciddi korrupsiya halları mövcuddur.Ən narahat edici məqam isə həmin qanunsuzluqların sanki bilərəkdən ört-basdır edilməsidir.Bu yazıda 28 saylı Birləşmiş Şəhər xəstəxanasında iddia edilən neqativ halları araşdırmağa çalışacağıq.

    Məlumata görə,xəstəxanada qeydiyyatda olmayan şəxslərə də rahat şəkildə sağlamlıq haqqında arayış verilir.Halbuki bu, qanunla qadağandır.Hərbir arayış yalnız müayinə və və rəsmi qeydiyyatdan sonra verilməlidir.Amma baş həkim Çingiz İbadullayevin rəhbərliyi altında bu prosedur formal xarakter daşıyır.Pul müqavilində arayış almaq mümkündür.Bu,həm korrupsiya faktıdır,həmdə ictimai təhlükə yaradır.Çünki sağlamlıq vəziyyəti yoxlanılmamış şəxslərə verilən arayış sabah böyük faciələrə yol aça bilər.

    Daha bir ciddi problem dərman təminatı ilə bağlıdır.Dövlət büccəsi hesabına xəstəxanalara dərman pereparatları pulsuz göndərilir.Bu dərmanlar ehtiyacı olan xəstələrə ödənişsiz verilməlidir.Lakin 28 saylı Birləşmiş Şəhər Xəstəxanasında vəziyyət fərqlidir.Valideyinlərin və xəstələrin iddiasına görə,bəzi imtiyazlı xəstələrə nəzərdə tutulan dərmanlar pulla satılır.

    Bu,təkcə korrupsiya deyil,həm də xəstələrin həyatı ilə oynamaq deməkdir.Çünki dərmanı almaq imkanı olmayan insanlar lazımı müalicədən məhrum olunur.Dövlət pulsuz təqdim etdiyi dərmanın xəstəyə pul müqabilində satılması həm qanunsuzluq,həm də mənəviyyatsızlıqdır.

    Bülleten saxtakarlığı - portala oturmayan sənədlər vəs.

    Müəssisədə yol verilən digər qanunsuzluq isə bülleten ilə bağlıdır.Xəstələrə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verillən bülleten kağız üzərində açılır,amma elektron portala oturmur.Bu isə iki mənaya gələ bilər:ya saxta bülletenlər kütləvi şəkildə dövriyyəyə buraxılır,ya da vətəndaşların haqqı yeyilir.

    Əgər bülleten portala daxil edilmirsə,bu həm dövlətin nəzarət mexanizmini pozur,həmdə işçilərin əmək hüquqlarına zərbə vurur.Bu cür saxtakarlıq yalnız baş həkimin razılığı ilə mümkündür.Deməli qanunsuz qazanc əldə olunur.

    Baş həkimin həyat tərzi suallar doğurur.

    Korrupsiya şübhələrini dahada gücləndirən amil isə Baş həkimin həyat tərzidir.Rəsmi olaraq ayda təqribən 500 manat əmək haqqı alan bir həkimin 40-50 min manatlıq avtomobil idarə etməsi ciddi suallar doğurur.Bu qədər yüksək qiymətli maşını hansı gəlirlə alıb?

    Əmək haqqı ilə dolanan bir həkimin belə bahalı avtomobil saxlaması mümkün deyil.Buda göstərir ki,baş həkim xəstəxanada yığılan rüşvətlər hesabına zəngin həyat tərzi sürür.Xalqın cibindən çıxan pullar şəxsi rifah naminə xərclənir.Halbu ki,dövlətin verdiyi hər bir qəpik vətəndaşların sağlamlığına sərf olunmalıdır.

    Ən narahatedici məqam isə bütün bu qanunsuzluqların hamının gözü qarşısında baş verməsinə baxmayaraq,məsələni ört-basdır etməyə çalışanların mövcudluğudur.Aidiyyəti orqanlara edilən şikayətlər cavabsız qalır,yoxlamalar formal xarakter daşıyır.Sanki kimlərsə baş həkimi himayə edir və məsələni qabartmağa çalışır.

    Əgər bir xəstəxanada bu cür korrupsiya halları baş verirsə,deməli təkcə baş həkim deyil,həm də ona göz yumanların məsuliyyəti var.Dövlətin səhiyyə siyasətinə,Prezidentin islahat xəttinə qarşı çıxmaq elə məhz bu cür qanunsuzluqları ört-basdır etməkdir.28 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı səslənən korrupsiya iddiaları çox ciddi məsələdir.Əgər iddialar təsdiqini tapsa Baş həkim və onunla əlbir olan şəxslər dərhal vəzifədən uzaqlaşdırılmalı və məsuliyyətə cəlb olunmalıdır.

    Araşdırmamız davam edir.

    Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.