Bu ərazidə ikimərtəbəli binalar sökülür

    Kateqoriya: Gündəm Tarix: 14-12-2025, 12:48 Baxılıb: 9

     

    Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binaları sökülür.

    Xeberal.com xəbər verir ki, bununla bağlı FHN ərazidə söküntü işlərinə start verib.

    Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli sökülməsinə başlayıblar.

    Yeni layihənin Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə reallaşdırılacağı və ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcəyi bildirilir. Bu işlər sakinlərin də ürəyincə olub.

    Layihə çərçivəsində yeni binaların inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq meydançaları, park zonaları, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması da planlaşdırılır.

    Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən, 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də işlər aparılacaq.

    Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.