Sabiq nazirin əsl soyadı üzə çıxdı - FOTO

    Kateqoriya: Gündəm Tarix: 14-12-2025, 12:53 Baxılıb: 6

     

    Tarixçi professor Ədalət Tahirzadə Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin mənsub olduğu nəsillə bağlı maraqlı məlumat açıqlayıb.

    Xeberal.com Musavat.com-a istinadən xəbər verir ki, Ədalət Tahirzadə bununla bağlı sosial şəbəkə hesabında yazıb ki, əslində Qarayevlərin gerçək soyadı Hacıqarayev olub, sonradan onu dəyişdiriblər.

    "Keçmiş mədəniyyət nazirimiz Əbülfəs Qarayevin qızı Suad Qarayeva Azərbaycan ədəbiyyatının klassiklərindən olan Məhsəti Gəncəvi haqqında aşağılayıcı bir film çəkib. O, özlüyündə Məhsəti xanım haqqında həqiqətləri göstərdiyini düşünür...

    Düz deyiblər ki, ot kökü üstündə bitər. Nazir ata xalqımızın mədəniyyətinə necə qulluq göstəribsə (yalnız kitabxanaları məhv etdiyini xatırlatmaq yetərlidir) onun milli duyğulardan məhrum qızı da o yolla gedib.

    Bu “həqiqətpərəst” nəsil haqqındakı bir gerçəyi demək istəyirəm.

    Odessa Vilayəti Dövlət Arxivində keçmiş nazir Əbülfəs Qarayevin babası, Odessadakı Novorossiya Universitetinin Tibb fakültəsini bitirmiş Əbülfəzl Fərəcullah oğlu Hacıqarayevin (1884-1952) tələbə şəxsi işi saxlanılır. Buradakı sənədlərdən aydınlaşır ki, onun atası 1893-cü il doğumlu Fərəcullah Hacı Qara oğludur. Əbülfəzl Qarayevin ilkin sənədlərinin demək olar ki, hamısında onun soyadı “HACI-QARAYEV” yazılıb (sənədlərin surətlərini aşağıda təqdim edirəm).

    Əlbəttə, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərindən sonra soyadlarını “Hacıqarayev” adlandırmağa utanan Əbülfəzl və övladları sadəcə “Qarayev”i saxlayıblar.

    Soyadlarına “Hacı Qara” adını rəva görməyənlər, bundan utananlar bir millətin klassikini ləkələməkdən utanmadılar!”, - deyə Tahirzadə yazır.

     

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.