Kamran Əsədov məhkəmədə etiraf etdi

    Kateqoriya: Gündəm Tarix: 15-12-2025, 08:57 Baxılıb: 7

     

    Cinayət məsuliyyətinə cəlb olunan tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmdə ifadə verən zaman günahkar olduğunu etiraf edib.

    Xeberal.com axar.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmədə iştirak edən teleoperator Nazir Quliyev bildirib.

    "Mən bəzi sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovla bağlı gedən müzakirələrə münasibət bildirmək istəyirəm. Gəncə şəhər Məhkəməsində mən də iştirak etmişəm. Hakimin verdiyi suala cavabında o özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib. Qısası, bu fikrimi niyə yazdım? Rəylərə baxıram, bəzi insanlar yazır ki, belə şey olmaz, Kamran müəllimi tanıyırıq. Ancaq insan etdiyi əməli məhkəmədə təsdiqləyir, boynuna alır", - Nazir Quliyev vurğulayıb.

    Qeyd edək ki, tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.

    Xatırladaq ki, 2014-cü ildə də Kamran Əsədov Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.

    Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

    O zaman K.Əsədov Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunmuşdu.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.