Sabiq icra başçısı həbs olundu - VİDEO

    Kateqoriya: Gündəm Tarix: 16-12-2025, 09:31 Baxılıb: 8

     

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.

    Xeberal.com xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

    DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranmışdır. Müəyyən olunmuşdur ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır.

    Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.