Müğənninin restoranında nöqsanlar aşkarlandı - FOTO

    Kateqoriya: Hadisə Tarix: 5-02-2026, 12:39 Baxılıb: 4

     

    "By Fateh" ictimai iaşə obyektində yoxlama aparılıb.

    Xeberal.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus "By Fateh" ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.

    Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan "Chivas" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

    Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

    Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

    Qeyd edək ki, sözügedən "By Fateh" restoranı məşhur meyxanaçı Aqşin Fatehindir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.