Ucarda yeniyetmə uşaq dünyaya gətirib.
Xeberal.com Apa-ya istinadən xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.
Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov