Tərtər rayonunun Hümbətli kəndində traktorla minik avtomobili toqquşub.
Xeberal.com xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktorla Ədalət Həsənəliyevin idarə etdiyi "VAZ 2101" markalı avtomobil toqquşub. Qəza nəticəsində 1971-ci il təvəllüdlü Ədalət Həsənəliyev və 2023-cü il təvəllüdlü Asya Həsənəliyeva aldıqları xəsarətlərdən xəstəxanada dünyasını dəyişiblər. Hadisə zamanı xəsarət alan digər sərnişin, Zəhra Məmmədova, tibb müəssisəsinə yerləşdirilib.
Hadisə yerindən qaçan traktor sürücüsü Xəqani Aydınov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov