Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.
Xeberal.com Lent.az-a istinadla bildirir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.
Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına “ölkəni tərk etmək” göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb.
Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində “Rəsmi sənədləri saxtalaşdırma” maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində “Mühacir Qaçaqçılığı” cinayəti ilə bağlı qanuni iş başlanıb.
Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov