Quba rayonunda iki nəfəri elektrik cərəyanı vurub.
Xeberal.com Teleqraf-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fuad Rahim oğlu Əliyevə məxsus evdə baş verib.
Həmin evdə təmir işləri aparılarkən paytaxt sakini - 1965-ci il təvəllüdlü Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mercedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.
Nəticəsində orada fəhlə işləyən Qobustan rayon sakinləri 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyev və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Yusibovun vəziyyəti orta-ağırdır.
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
20-12-2025, 14:52
17-12-2024, 10:42
24-12-2024, 10:55
3-02-2025, 09:02
15-12-2024, 12:11
14-05-2025, 12:10
31-07-2025, 11:43
22-02-2026, 14:53
25-12-2024, 16:20
5-01-2025, 10:47
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov