"Neolit" şadlıq evində yanğın söndürüldü - YENİLƏNİB

    Kateqoriya: Hadisə Tarix: 19-12-2024, 10:45 Baxılıb: 5

     

    Bakının Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın söndürülüb.


    Xeberal.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    ***

    10:06

    Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə baş verən yanğının ətrafa yayılmasının qarşısı alınıb.

    Bu barədə Xeberal.com-a FHN-dən bildirilib.

    Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.


    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    ***

    09:45

    Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.

    Xeberal.com Report-a istinadən xəbər verir ki, yanğıln restoranın anbarında baş verib.


    Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    ***

    09:27

    Bakıda obyekt yanır.

    Xeberal.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.