Xırdalanda 3 nəfər bağlı qapı arxasında huşsuz vəziyyətdə aşkarlandı - VİDEO

    Kateqoriya: Hadisə Tarix: 22-12-2025, 09:13 Baxılıb: 4

     

    Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Xeberal.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G. Əliyeva, 1979-cu il təvəllüdlü C. Həsənova və 2013-cü il təvəllüdlü İ. Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara cavab vermədiyi, bunun isə həyati təhlükə ehtimalı yaratdığı müəyyən edilib.

    Xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrlə açılıb. İlkin ehtimala görə, dəm qazından zəhərlənmə səbəbilə huşsuz vəziyyətdə aşkar edilən şəxslərə ilkin tibbi yardım göstərilib və onlar dərhal xəstəxanaya çatdırılıblar.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.