“Qarabağ”ın ulduzunun yeni klubu bilindi

    Kateqoriya: İdman Tarix: 30-01-2026, 12:12 Baxılıb: 3

     

    Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib. 29 yaşlı futbolçunun karyerasını Çində davam etdirəcəyi bəlli idi. Artıq onun əsas müştərisi də dəqiqləşib.

    Xeberal.com Futbolinfo.az-a istinadən xəbər verir ki, həmyerlimiz Çin Super Liqasında mübarizə aparan “Şençjen Penq Siti” ilə anlaşmaq üzrədir. Mustafazadənin transferi ilə bağlı bütün detallar müəyyənləşib. “Qarabağ” bu keçiddən müəyyən məbləğdə gəlir əldə edəcək. Futbolçu özü də yaxın günlərdə Çinə yollanaraq münasibətləri rəsmiləşdirəcək.

    Qeyd edək ki, 2017-ci ildə yaradılan “Şençjen Penq Siti” ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib. “Şençjen Penq Siti” 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya yüksəlib. Komanda 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.

    Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi “Şençjen Penq Siti”də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli futbolçu da var.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.