Elvin Cəfərquliyev bu kluba keçə bilər

    Kateqoriya: İdman Tarix: 25-04-2026, 11:13 Baxılıb: 3

    "Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb.

    Xeberal.com Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər.

    Məlumata görə, mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitən Cəfərquliyev "Neftçi" ilə 670.000 manat qarşılığında razılıq əldə edib.

    İddialara görə, əslində "Qarabağ"da Elvin Cəfərquliyevə qarşı təzyiq bu səbəbdən başlayıb. Onun müqailəsi başa çatandan sonra azad oyunçu kimi "Neftçi"yə keçmək istəməsi hazırkı klubunda xoş qarşılanmayıb.

    "Başqa sözlə, "səni biz yetişdirmişik, necə yəni pulsuz gedirsən?" deyərək müqaviləni uzatmasını istəyirlər ki, sonradan Cəfərquliyevi sata bilsinlər", - deyə iddiada qeyd olunur.

    Hələ ki nə "Qarabağ", nə də Elvin Cəfərquliyevin özü bu iddiaya aydınlıq gətirib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.