Osimhen ​"Qalatasaray"dan ayrılacaq? - Okan Buruk danışdı

    Kateqoriya: İdman Tarix: 27-12-2024, 15:15 Baxılıb: 7

     

    "Qalatasaray"ın baş məşqçisi Okan Buruk canlı yayımda vacib açıqlamalarla çıxış edib.

    Xeberal.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş məşqçi komandada icarə əsasında çıxış edən Viktor Osimhenlə bağlı fikirlərini bildirib.

    Okan Buruk Osimheni təlabatlı futbolçu adlandırıb, hər kəsin onu öz komandasında görmək istədiyini açıqlayıb:

    "Təxminən 80-90% baş məşqçi, buna klub prezidentlərini də əlavə edə bilərik. Osimhen deyiləndə birbaşa "tamam" dedim, heç düşünmədim. Dərhal hansı sistemə keçə biləcəyimizi düşündüm. 1 dəqiqə ərzində "3 mərkəz hücumçumuz olacaq, bu necə çalışacaq, necə idarə edərik, biri inciyərmi?' deyə heç düşünmədim. Birbaşa sistemlər üzərində fikirləşdim. Vaxtaşırı 3-4-2-1 və ya 4-4-2 sistemləri ilə oynaya biləcəyimizi dedim. Bütün bunlar beynimdən keçdi. Çox tez uyğunlaşdıq. Osimheni çox istəyirdim. Çox doğru bir qərar verdiyimizi görürük. İnşallah mövsümün sonuna qədər bizimlə birlikdə uğura imza atacaq. Çox düzgün və çox gözəl xarakterə malikdir. Komandanı və oyunu sahiblənir. Çox kollektivdir. Qapı qarşısında bir vəziyyətdə yanındakına ötürmə edir. Mərkəz forvet üçün belə kollektiv oyun sərgiləmək çətindi", - ifadələrini səsləndirib.

    Okan Buruk onu da qeyd edib ki, Osimhen icarədir, mövsümün sonuna qədər "Qalatasaray"dadır, komandada qalmaq istəyi var və transferlə bağlı düşüncəsi yoxdur.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.