"Heyətdə xeyli yerdəyişmələr etmişik" - Qurban Qurbanov

    Kateqoriya: İdman Tarix: 17-12-2024, 10:24 Baxılıb: 7

     

    Heyətdə xeyli yerdəyişmələr etmişik.

    Xeberal.com un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a qalib gəldikləri Misli Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:

    "Rəqib komandanın baş məşqçisi Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Bizim üçün çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. Bu hal məni bir az narahat edir. Heyətdə xeyli yerdəyişmələr etdik. Səhvlərimiz nəzərə çarpırdı. Eyni oyunçular eyni mövqe səhvləri edirdi. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət etmək barədə düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada biziə dəstəklərini əsirgəmədilər",

    Q.Qurbanov qış "transfer pəncərəsi"ndə heyətə yeni futbolçular cəlb etmək istədiklərini söyləyib:

    "Hər mövqe üçün futbolçu axtarışındayıq. Ancaq əsasən müdafiənin mərkəzinə oyunçu transfer etmək istəyirik".

    Qeyd edək ki, XVII turun görüşündə "Qarabağ" doğma meydanda "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəlib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.