Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.
Xeberal.com xəbər verir ki, ilk yarış günündə Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib.
O, finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.
Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, finallar sabah keçiriləcək.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov