“Fənərbaxça”nın ulduz futbolçusu Con Duran UEFA tərəfindən iki oyunluq cəzalandırılıb. Futbolçu iki vacib matçda komandasına kömək edə bilməyəcək.
Xeberal.com xəbər verir ki, UEFA Avropa Liqasının 5-ci həftəsində oynanılan və 1:1 hesabı ilə başa çatan “Fənərbaxça” - “Ferencvaroş” matçında qırmızı vərəqə alan Con Duranın cəzası açıqlanıb.
Hücumçu UEFA-nın İntizam Komissiyasının qərarı ilə “Brann” və “Aston Villa” ilə oynanılacaq qarşılaşmalarda meydana çıxa bilməyəcək. Dekabrın 1-də “Qalatasaray”la oynanılan dərbidə atdığı qolla qəhrəmana çevrilən Con Duranın cəzalandırılması “Fənərbaxça” azarkeşlərini məyus edib.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41