"Qarabağ" "Ayaks"a məğlub oldu - Çempionlar Liqası

    Kateqoriya: İdman Tarix: 11-12-2025, 09:57 Baxılıb: 7

     

    "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

    Xeberal.com un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

    Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

    Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

    Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

    "Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

    Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.

    ***

    23:33

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.

    Xeberal.com un məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.

    Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.

    ***

    23:26

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.

    Xeberal.com un məlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.

    83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

    ***

    23:23

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.

    Xeberal.com un məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.

    Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.

    ***

    22:51

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.

    Xeberal.com un məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

    47-ci dəqiqədə Mateus Silva fərqlənib.

    ***

    22:47

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.

    Xeberal.com un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.


    Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

    ***

    22:31

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

    Xeberal.com un məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

    Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

    ***

    22:26

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

    Xeberal.com un məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

    Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

    ***

    21:57

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

    Xeberal.com un məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

    10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

    ***


    21:46

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

    Xeberal.com un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

    Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.