Azərbaycan boksçusu Sübhan Mamedov (48 kiloqram) dünya çempionu olub.
Xeberal.com xəbər verir ki, milli komandanın 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.
Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) mundialda 3-cü yeri tutublar.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov