Bu gün futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.
Xeberal.com xəbər verir ki, günün ilk matçı Tovuzda “Neftçi” və “Turan Tovuz” komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
Turnir cədvəlində Qərb təmsilçisi 31 xalla 3-cü, Bakı klubu 16 xalla 7-ci sırada qərarlaşıb.
Günün son matçında isə “Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edəcək. Saat 18:30-da start götürəcək oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Hazırda “qartallar” 27 xalla 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıblar. İlin son turuna dekabrın 22-də keçiriləcək “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41