TƏBİB-dən son islahatlarla bağlı açıqlama

    Kateqoriya: Səhiyyə Tarix: 25-04-2026, 11:07 Baxılıb: 3

     

    Həyata keçirilən islahatların dayanıqlı olması üçün insan resurslarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

    Xeberal.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, bu baxımdan davamlı islahatlar çərçivəsində tibb mərkəzlərinə, xüsusilə rəhbər heyətə təcrübəli, peşəkar və yüksək nüfuza malik kadrların cəlb olunması istiqamətində məqsədyönlü işlər aparılır: “Əlbəttə ki, bütün bu proseslər prioritet istiqamətlər üzrə sistemli şəkildə davam etdirilir. Bu səbəbdən də rəqəmsallaşmanın genişləndirilməsi və vahid elektron sistemin formalaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım sisteminin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, eləcə də tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, həkimlərin hüquqlarının qorunması və peşənin nüfuzunun artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Nəticə etibarilə, həyata keçirilən bütün bu tədbirlərin əsas məqsədi TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir”.

    Son illər səhiyyə sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bunun özünü bir neçə istiqamətdə aydın şəkildə göstərdiyini diqqətə çatdıran E.Hidayətoğlu fikirlərinə belə davam edib: “İlk növbədə, əhalinin sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli artım qeydə alınıb. Məhz buna görə də infrastrukturun yenilənməsi və tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində hər il milyonlarla vətəndaşa ambulator, stasionar və cərrahi tibbi xidmətlər göstərilir”.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.