"BioNTech" və "Genentech" tərəfindən hazırlanan fərdiləşdirilmiş mRNT peyvəndi pankreas xərçəngi ilə mübarizədə ümidverici nəticələr göstərib.
Xeberal.com xarici KİV-ə istinadən xəbər verir ki, Amerikan Xərçəng Araşdırmaları Assosiasiyasının 2026-cı il toplantısında təqdim edilən məlumatlara görə, müalicə alan bəzi pasiyentlər son dozadan 6 il sonra belə sağlam qalır. Araşdırmada peyvəndə reaksiya verən 8 nəfərdən 7-nin sağ qalması diqqət çəkir.
“Autogene cevumeran” adlı eksperimental üsul hər xəstənin şişinə uyğun hazırlanaraq immun sistemini xərçəng hüceyrələrinə qarşı aktivləşdirir.
Mütəxəssislər nəticələrin hələ ilkin mərhələyə aid olduğunu bildirir. Tədqiqat az sayda xəstə üzərində aparılıb və hazırda daha geniş - ikinci faza sınaqları davam edir.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41