​Dar şalvar geyməyin - Çünki...

    Kateqoriya: Səhiyyə Tarix: 15-12-2024, 12:29 Baxılıb: 7

     

    Bəzi həyat tərzi vərdişləri və obrazı ayaq damarlarında təhlükəli dəyişikliklər yaradır.

    Xeberal.com medicina.az-a istinadən xəbər verir ki, fleboloq Yelena Smirnova hətta geyim və isti vannanın da damarlarda problem yaratdığını deyib.

    “Varikoz və trombozdan qorunmaq üçün həyat şəraiti və nə geyindiyinizə fikir verməlisiniz. Çox sıx, dar alt geyimləri, şalvarlar, lasinlər, isti ayaq vannaları, hamam və sauna tromboz yaranmasına səbəb ola bilər. Dar ayaqqabı, corab, şalvar geyinməyin. Varikoz genişlənməsi olanlara sauna və günəş vannası olmaz. Aktiv həyat keçirin, çəkinizə diqqət edin.

    Oturaq işdə olanlarda və masa arxasında, kompüterdə çox oturanlarda varikoz və tromboz riski artır. İşdə hər 1 saatdan bir qalxıb ayaqlarınızın vəziyyətini dəyişin, gəzişin. Velosiped və qayçı formasında məşqləri edin. Varikozun ilk əlamətlərindən biri günün sonunda ayaqlarda şişkinlik, yorğunluqdur.

    Tromboz isə dərin venalarda yarana bilər. Bu zaman həmin hissədə şişkinlik, qızartı, qıcolma olur, bəzən yeriyəndə ağrı tutur, insan axsayır.

    Trombozun qarşısını almaq üçün 40 yaşdan sonra hər il ayaq venalarını dopler etdirin”, - Smirnova qeyd edib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.