Ərdoğan İlham Əliyevi təbrik etdi

    Kateqoriya: Siyasət Tarix: 5-02-2026, 12:10 Baxılıb: 3

     

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı" alması münasibətiylə təbrik edib.

    Xeberal.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.

    O, videomüraciəti zamanı Builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanı ürəkdən təbrik edib:

    "Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm. Məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram".

    Ərdoğan bildirib ki, Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik:

    "Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.

    Bu düşüncələrlə həm Azərbaycan Prezidenti cənab Əliyevi, həm də Ermənistanın Baş naziri cənab Paşinyanı bir daha təbrik edirəm".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.