Ceyhun Bayramov İranın Naxçıvana PUA hücumundan danışdı

    Kateqoriya: Siyasət Tarix: 19-03-2026, 11:10 Baxılıb: 3

     

    Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.

    Xeberal.com cəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bunu nazir Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.

    C.Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.

    Nazir vurğulayıb ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib:

    "Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir"

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.