Qərbi Azərbaycan İcması bəyanat yaydı

    Kateqoriya: Siyasət Tarix: 27-12-2024, 15:25 Baxılıb: 4

     

    Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyən Natali Luazo Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib.

    Xeberal.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

    "Müsahibəsində, bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçisi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycan ilə danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. N. Luazo, Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir.

    N. Luazo Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.

    Bütün bunlar Natali Luazonun irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu həmçinin, ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.

    Qərbi Azərbaycan İcması, Natali Luazonun azərbaycanlıların qayıdış hüququna zidd və sülhə qarşı fikirlərini qınayır", - icmadan bildirilib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.