Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiqləndi - FƏRMAN

    Kateqoriya: Siyasət Tarix: 13-02-2025, 10:10 Baxılıb: 10

     

    Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiq edib.

    Xeberal.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərmanlar imzalayıb.

    Təsdiq olunmuş struktura görə, Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.

    Agentlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

    Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır.

    Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli;

    -bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.