Bakıda Din Xadimlərinin Forumu keçiriləcək

    Kateqoriya: Siyasət Tarix: 19-12-2024, 10:05 Baxılıb: 4

     

    Dekabrın 23-də Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.

    Xeberal.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, forumda müvafiq dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak edəcəklər.

    Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə keçiriləcək Foruma respublikamızın müxtəlif bölgələrindən dəvət edilmiş fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslam və qeyri-İslam dini icmaların rəhbərləri qatılacaqlar.

    Tədbirin “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.

    Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.

    Dekabrın 22-də Forum iştirakçıları Fəxri xiyabanı, Heydər məscidini ziyarət edəcək, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olacaqlar.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.