İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı oldu

    Kateqoriya: Siyasət Tarix: 20-03-2025, 23:50 Baxılıb: 6

     

    Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

    Xeberal.com xəbər verir ki, Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq və xoşbəxtlik arzulayıb.

    Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı da öz növbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaq mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, ruzi-bərəkət və firavanlıq arzu edib.

    Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən irəli gələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçıları tərəfindən qarşıya qoyulan tapşırıqların ardıcıl surətdə icrasından və əməkdaşlığımızın gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsindən məmnunluq ifadə olunub.

    Bu xüsusda ticarət dövriyyəsinin artması, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələr qeyd edilib.

    Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.