"Azərbaycanla çox zəngin gündəliyimiz var, çox sıx əlaqələr qururuq. Buraya həm sənaye istehsalının yaradılması, o cümlədən Azərbaycan ərazisində, həm qarşılıqlı investisiyalar, həm energetikada əməkdaşlıq, həm də ticarət daxildir".
Xeberal.com xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk "Rossiya-24" kanalında çıxış edərkən bildirib.
O qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də müzakirə olunacaq: "Çünki Azərbaycan bu yolda cənuba doğru vacib həlqədir".
"Azərbaycana dəmiryolu tariflərinin endirilməsinə görə çox minnətdarıq. Bu qərar Azərbaycanda artıq qəbul edilib - geri yükləmə zamanı tariflər endirilib", - Overçuk əlavə edib.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41