Türkiyə-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının iclası Bakıda keçiriləcək

    Kateqoriya: Siyasət Tarix: 21-12-2025, 15:29 Baxılıb: 5

     

    Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək.

    Xeberal.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

    Qeyd olunub ki, Komissiyanın növbəti iclası dekabrın 22-23-də baş tutacaq.

    Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov sədrlik edəcək.

    İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi istiqamətində atılacaq addımlar mövzular müzakirə olunacaq.

    Komissiyanın iclası ilə yanaşı, Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçiriləcək. Forumun keçirilməsində məqsəd iqtisadi əlaqələrin dərinləşdirilməsi, iş adamlarının bir araya gətirilməsi və ortaq investisiya imkanlarının inkişaf etdirilməsidir.

    Eyni zamanda, MÜSİAD çərçivəsində türk və azərbaycanlı iş adamlarının görüşü də nəzərdə tutulur.

    Rəsmi məlumatlara görə, Türkiyə uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard dollar, Azərbaycandan idxalı isə 4,8 milyard dollar təşkil edib. Hazırda Türkiyə Azərbaycanın ən çox ixrac etdiyi ikinci, idxal etdiyi isə üçüncü ölkədir.

    Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçən ilin mayında Ankara şəhərində keçirilib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.