Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupları

    Kateqoriya: Təhsil Tarix: 20-04-2026, 14:36 Baxılıb: 4

     

    Universitet və kolleclərə qəbulla bağlı təsdiqlənmiş ərizələrin sayı məlum olub.

    Xeberal.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    İmtahanlara ümumilikdə 133 813 nəfər qeydiyyatdan keçib.

    Statistikaya görə, 130 146 nəfər universitet, 120 644 nəfər kolleclərə qəbul üçün müraciətini tamamlayıb.

    Hazırki statistikaya görə, ən çox qeydiyyat 1-ci qrupda, ən az qeydiyyat isə 3-cü qrupdadır.

    İxtisaslar üzrə hazırda statistika belədir:

    1-ci ixtisas qrupu üzrə - 14 981;

    2-ci ixtisas qrupu üzrə - 11 527;

    3-cü ixtisas qrupu üzrə - 10 146

    4-cü ixtisas qrupu üzrə - 3 116 nəfər ərizəsini təsdiqləyib.

    Ümumilikdə indiyə qədər bütün ixtisaslar üzrə 39 770 ərizə qəbul edilib.

    Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar. 1-ci cəhd imtahanı üçün elektron ərizə qəbulu 29 aprel saat 23:59-da tamamlanacaq.

    3020 nəfər isə ötən ilin buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulacaq.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.