Keçid balları belə müəyyən olunur

    Kateqoriya: Təhsil Tarix: 16-05-2026, 10:40 Baxılıb: 1

     

    Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna çoxlu sayda müraciət daxil olub.

    Xeberal.com xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

    Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir. Bu səbəbdən yarımfinal mərhələsinin nəticələrinə əsasən final mərhələsinə keçid balları da fənlər üzrə bəzən eyni olmur.

    Keçid balları müəyyən edilərkən hər bir fənn üzrə:

    - yarımfinal mərhələsində iştirak edən şagirdlərin sayı,

    - iştirakçıların nəticələrinin ümumi statistik təhlili,

    - tapşırıqların çətinlik səviyyəsi,

    - final mərhələsi üçün nəzərdə tutulan iştirakçı sayı kimi meyarlar nəzərə alınır.

    Bu yanaşma beynəlxalq və yerli qiymətləndirmə təcrübəsinə uyğun olaraq tətbiq edilir və məqsəd hər bir fənn üzrə ən yüksək nəticə göstərən iştirakçıların növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməkdir.

    Qeyd olunub ki, fərqli fənlər üzrə keçid ballarının fərqli olması hər hansı üstünlük və ya ayrı-seçkilik deyil, müsabiqənin qiymətləndirmə mexanizminin və statistik nəticələrinin təbii göstəricisidir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.