Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazandı

    Kateqoriya: Təhsil Tarix: 17-02-2025, 10:48 Baxılıb: 12

     

    Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə qəbul imtahanları keçirir.

    Bu barədə Xeberal.com-a DİM-dən bildirilib.

    Dövlət qulluğuna qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

    İmtahanda 796 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 48 nəfər, BB3 altqrupu üzrə 83 nəfər, BB4 altqrupu üzrə 116 nəfər olmaqla, ümumilikdə 265 namizəd uğur qazanıb.

    Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilir. İmtahan saat 16:00-da başlanır. Bu imtahan da kompüterlər vasitəsilə elektron formada keçirilir.

    İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17-19 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.