İctimai isyan var, tədbir yoxdur – Xırdalanda “Darvaza” müzakirələrin mərkəzində

    Kateqoriya: Cəmiyyət Tarix: 21-04-2026, 09:41 Baxılıb: 7

     

    Xırdalan ərazisində, yerli sakinlər arasında “Darvaza” kimi tanınan məkan və otel kimi fəaliyyət göstərdiyi bildirilən obyekt ətrafında narazılıqlar səngimir.

    İddialara görə, sözügedən obyektlə bağlı uzun müddətdir müxtəlif şikayətlər və narahatedici məlumatlar yayılır. Sakinlər bildirir ki, ərazi yaşayış massivinə yaxın olduğundan burada baş verən iddialar onları ciddi şəkildə narahat edir.

    Sosial şəbəkələrdə və yerli mühitdə yayılan məlumatlarda obyektin qeyri-qanuni və əxlaqa zidd fəaliyyət göstərdiyi iddia olunur. Hətta bəzi hallarda azyaşlılarla bağlı səsləndirilən narahatedici fikirlər də ictimaiyyətdə gərginliyi artıran əsas amillərdən biridir.

    Bütün bu şikayətlər, səsləndirilən faktlar və artan ictimai narazılığa baxmayaraq, iddialara görə, obyekt fəaliyyətini davam etdirir.

    Sakinlər aidiyyəti qurumlara müraciət edərək bildirirlər ki, belə halların araşdırılması və qanun çərçivəsində tədbir görülməsi vacibdir. Onlar xüsusilə yaşayış məntəqəsinə yaxın ərazilərdə bu tip iddiaların ciddi nəzarət altına alınmasını tələb edirlər.

    Xeberal.com a video fakt daxil olub.Ata isyan edir ki,13 yaşlı uşağını otelə gətirib ..........

    Video fakt mövzu ilə bağlı gələn səhvəmizdə diqqətə çatdırılacaq

    Hazırda məsələ ilə bağlı rəsmi açıqlama gözləyirik.


    Xeberal.com

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.