Burun əməliyyatında ölən Nəzrinin ailəsi hər şeyi danışdı

    Kateqoriya: Cəmiyyət Tarix: 18-01-2025, 09:53 Baxılıb: 1

     

    "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

    Xeberal.com Baku TV-yə istinadla xəbər verir ki, verilişin budəfəki sayında aparıcı və müəllif Arzu Kəlbi burun əməliyyatından sonra komaya düşüb, yanvarın 12-də vəfat edən Nəzrin Mansurovanın evində olub.

    Mərhumun bacısı Nərmin Paşabəylinin sözlərinə görə, bu, Nəzrin Mansurovanın ilk əməliyyatı imiş:

    "Bacımın sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb. Yanvarın 3-də əməliyyat olundu, 4-ü isə səhər saatlarında evə buraxıldı. Narkozdan ayılandan sonra kəskin başağrıları var idi. Ayın 4-də axşama doğru ağrıları kəskinləşdi, səhərə yaxın qusmağa başladı. Daha sonra vəziyyəti tamamilə pisləşdi. Bacım evini, uşağını tanımadı, tam anlaqsız vəziyyətdə idi".

    N.Paşabəyli qeyd edib ki, bacısı əməliyyatdan 35 gün əvvəl müayinə olunub, həkim bu nəticələrə əsasən Nəzrini əməliyyat edib:

    "O bizi əmin edirdi ki, hər şey normaldır. Sonra Nəzrini başqa xəstəxanaya apardıq. Sənan doktor həmin xəstəxanaya gəldi, Nəzrinin analizlərinə baxdı, "Hər şey normaldır" dedi. Amma biz bilirdik ki, bacımı itirəcəyik. Üç yaşında bir qızı var, dekabr ayında övladının 3 yaşını qeyd etdik. Belə olacağını təsəvvür etməmişdik. Qızının "Anam haradadır" sualına cavab tapa bilmirik. O, anasının sağalmağa getdiyini və qayıdacağını düşünür. Hələ ki heç birimiz özümüzdə cəsarət tapıb qızına anasının öldüyünü deyə bilmirik".

    N.Mansurovanın atası isə insanları estetik əməliyyatlardan uzaq durmağa çağırıb:

    "Sosial mediadakı yalançı reklamlara son qoyulmalıdır. Ətrafdan kimsə sizə "burnun əyridir" desə də, onlara fikir verməyin. Heç kimin burnu əyri deyil. Ona görə özünüzü ölümün pəncəsinə atmayın".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.