Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Xeberal.com-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 4-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Transsərhəd çaylardan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4 sm, Kür-Yevlaxda 5 sm, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 1 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım qeydə alınıb.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov