Zərdabda 13 yaşlı yeniyetmə qız Kür çayında batıb.
Xeberal.com Baku tv-yə istinadən xəbər verir ki, hadisə dekabrın 24-də, səhər saatlarında Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 8-ci sinif şagirdi olan Saray Sərvan qızı Kərimli səhər-səhər məktəbə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar və hazırda yeniyetmənin tapılması istiqamətində zəruri işlər həyata keçirilir.
"Dərs adı ilə evdən çıxıb, məktəbə çatmayıb. Sonradan müəllimləri məlumat alıblar. Çantasını Kürün qırağından tapıblar", - yeniyetmənin əmisi Zamin Kərimov Baku TV-yə danışarkən bildirib.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov