Xəbər verdiyimiz kimi, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Xeberal.com Müsavat.com-a istinadən sözügedən şəxsin dosyesini təqdim edir.
Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində çalışıb. 2006-cı ildən dosentdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.
2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb, elmi işi "Azərbaycan Vətəndaşlıq İnstitutu" mövzusuna həsr olunub. 1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub, 1997-ci ilin fevralından 2003-cü ilə kimi isə Xəzər Universitetində müəllim işləyib. 2002-ci ildə (fevral-iyun) və 2005-ci ildə (yanvar-avqust) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyət və Fulbrayt proqramı çərçivəsində elmi tədqiqat aparıb.
2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub. 2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub, 22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
20-12-2025, 14:52
15-12-2024, 12:14
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||