Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - İDDİA

    Kateqoriya: Dünya Tarix: 21-12-2025, 15:04 Baxılıb: 3

     

    Rusiyanın prezidenti Vladimir Putinin Ukraynanın bütün ərazisini ələ keçirməyi planlaşdırır.

    Xeberal.com Modern.az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı belə qənaətə gəlib. Məlumatı "Reuters" agentliyi altı mənbəyə istinadən yayıb.

    Ancaq Putin bununla kifayətlənmək istəmir. Kəşfiyyat Putinin vaxtilə Sovet imperiyasına məxsus olmuş Avropanın bəzi hissələrini yenidən nəzarətə götürməyi hədəflədiyi qənaətindədir.

    Məlumata görə, ABŞ xüsusi xidmət orqanlarının hesabatları ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə sülh danışıqlarını aparan komandası tərəfindən səsləndirilən mövqedən ciddi şəkildə fərqlənir. Tramp administrasiyasının nümayəndələri Vladimir Putinin münaqişəni bitirmək istədiyini iddia etsə də, kəşfiyyat məlumatları bunun əksini göstərir.

    "Reuters"in mənbələrindən biri bildirib ki, bu hesabatlardan ən sonuncusu ötən ilin sentyabr ayının sonlarına aiddir və orada Putinin Avropa üçün təhlükə olmadığına dair iddiaları da təkzib olunur.

    ABŞ kəşfiyyatının qiymətləndirmələri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamasından bəri dəyişməz qalır. Mənbələrin bildirdiyinə görə, bu nəticələr Avropa liderləri və Avropa kəşfiyyat qurumlarının mövqeyi ilə də üst-üstə düşür. Onlar Rusiyanın yalnız Ukrayna ilə kifayətlənməyərək keçmiş sovet respublikalarının ərazilərinə, o cümlədən NATO üzvü olan ölkələrə də iddia edə biləcəyini düşünürlər.

    ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvü Mayk Kvikli Reuters-ə açıqlamasında “Kəşfiyyat həmişə Putinin daha artığını istədiyini deyib” ifadəsini işlədib. Onun sözlərinə görə, Avropa ölkələri bu təhlükəyə tam əmindir, Polşa bu məsələdə xüsusilə qəti mövqedədir, Baltik ölkələri isə özlərinin növbəti hədəf ola biləcəyindən narahatdır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.