Binəqədidə torpaq sənədi iddiaları dərinləşir: Bələdiyyə hansı illərdə sənəd vermək səlahiyyətinə malik olub?

    Kateqoriya: Gündəm Tarix: 5-02-2026, 13:47 Baxılıb: 3

    Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı torpaq sənədləri ətrafında yaranan qalmaqal yeni suallar doğurur. Telexeber.az-a daxil olan məlumatlar göstərir ki, iddia olunan qanunsuzluqlar təsadüfi deyil və müəyyən illərlə məhdudlaşan sistemli mexanizmə bənzəyir.

    Məsələ ondadır ki, qanunvericiliyə əsasən, bələdiyyələrin torpaq sahələri ilə bağlı sənəd vermək səlahiyyəti müəyyən dövrlərlə və şərtlərlə məhdudlaşıb. Şikayətçilərin iddiasına görə isə Binəqədi qəsəbə bələdiyyəsi hazırkı dövrdə bu səlahiyyətə malik olmadığı halda, sənədləri keçmiş illərin tarixləri ilə rəsmiləşdirir.

    Vətəndaşlar bildirirlər ki, onlara təqdim edilən torpaq sənədlərinin üzərində illər öncəyə aid tarixlər göstərilir. Bu isə sənədin kağız üzərində “qanuni” təsiri bağışlamasına səbəb olur. Lakin arxiv və qeydiyyat yoxlamaları zamanı həmin sənədlərin rəsmi sistemdə mövcud olmadığı ortaya çıxır.

    Mütəxəssislər qeyd edirlər ki, əgər torpaq sənədi verildiyi tarixdə bələdiyyənin bu səlahiyyəti olmayıbsa, həmin sənəd hüquqi qüvvəyə malik sayıla bilməz. Bu isə vətəndaşların gələcəkdə mülkiyyət hüququ ilə bağlı ciddi problemlərlə üzləşə biləcəyi anlamına gəlir.

    Şikayətçilərin sözlərinə görə, bu cür sənədlər üçün 3500 manatadək pul tələb olunur. Daha sonra məsələ ilə bağlı problem yarananda isə sənədin arxivdə olmadığı əsas gətirilərək məsuliyyətdən yayınmağa çalışılır. Narazı tərəf hesab edir ki, bu hal bilərəkdən seçilmiş sxemin tərkib hissəsidir.

    Artıq bir neçə vətəndaş məsələ ilə bağlı Ədliyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət üçün sənədlərini topladığını bildirir. Onların iddiasına görə, eyni üsulla sənəd alan başqa şəxslər də var və faktlar araşdırılarsa, geniş miqyaslı pozuntular üzə çıxa bilər.

    Qeyd edək ki, Telexeber.az mövzu ilə bağlı Binəqədi qəsəbə bələdiyyəsinin mövqeyini yenidən öyrənməyə çalışıb. Qarşı tərəf açıqlama verəcəyi təqdirdə, mövqe olduğu kimi dərc ediləcək.

    Araşdırmamız davam edir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.